Xəbər lenti

Azərbaycan çempionu ağır xəstəliyə yoluxdu
İdman06:44 10.01.2014

Azərbaycan çempionu ağır xəstəliyə yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Rabitə”nin sabiq voleybolçusu Madeleyne Montano ağır xəstəliyə düçar olub.

Apasport.az saytının məlumatına görə, ötən mövsüm Bakı təmsilçisi ilə Azərbaycan çempionu olan və klublararası dünya çempionatının gümüş medalını qazanan kolumbiyalıda hepatit virusu aşkarlanıb.

Hazırda Türkiyənin “Qalatasaray” klubunun şərəfini qoruyan 31 yaşlı hücumçu böyük ehtimalla ən azı bu mövsümü boşa verəcək. Onunla yanaşı, komandanın liberosu Nihan Güneyligilin də zədə səbəbindən Çempionlar Liqasının I pley-off mərhələsində “Kann”a qarşı oynaması sual altına düşüb.

Qeyd edək ki, “Qalatasaray” – “Kann” cütünün qalibi “İqtisadçı” – “Vakıfbank” duelinin güclüsü ilə oynayacaq.

Qaynar.info