
Premyer Liqaya çıxmağı qarşısına məqsəd qoyan "Şəmkir" heyətini gücləndirməkdə davam edir.
Qaynarinfo.Az xəbər verir ki, bu məqsədlə tək futbolçular deyil, komandaya təcrübəli məşqçilər də dəvət olunur.
3 qat Azərbaycan çempionunun budəfəki hədəfi "Şəmkir"lə iki dəfə çempionluq sevinci yaşamış Rauf Mehdiyev olub. Bir vaxtlar "Şəmkir"in tarixi uğurlarında payı olan R.Mehdiyev "Şəmkir" klubunun qapıçılar üzrə məşqçisi təyin olunub. Azərbaycan millisinin də şərəfini qorumuş R. Mehdiyevlə bu gün müqavilə imzalanıb.
Qaynarinfo.Az