Xəbər lenti

İdman 18:46 17.09.2022

Azərbaycan cüdoçusu AÇ-də zədəli rəqibini çiynində daşıdı (VİDEO)

Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında təqdirəlayiq davranışı ilə diqqət mərkəzinə düşüb.

"Report"un verdiyi məlumata görə, 90 kq çəki dərəcəsində yer alan 19 yaşlı idmançı 1/4 finalda gürcüstanlı rəqibi Tornike Poladişvili ilə qarşılaşmada qalib gəlib.

Onun yerinə yetirdiyi fənddən sonra Poladişvili ayağında ağrılar hiss edib. Nəticədə həkim rəyindən sonra referi görüşü dayandırmalı olub.

Talıbov yeriyə bilməyən rəqibini çiyninə alaraq, yarış meydanından kənara çıxarıb. Tamaşaçılar onun davranışını alqışlarla qarşılayıblar.

Vüqar Talıbov Avropa çempionatında yarımfinal görüşündən də qalib ayrılaraq, finala yüksəlib. İdmançımız finalda ukraynalı İvan Kutenkova ipponla qalib gəlib.

Bu, Azərbaycanın qitə birinciliyində sayca 3-cü qızıl medalı, ümumilikdə isə 5-ci medalı olub. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->