Xəbər lenti

Azərbaycan D-8-ə qoşuldu - Qanun təsdiqləndi
Siyasət11:33 15.03.2025

Azərbaycan D-8-ə qoşuldu - Qanun təsdiqləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Azərbaycanın D-8-ə qoşulmasını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı bununla bağlı "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanunu təsdiq edib.
Bununla da, Azərbaycan 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanan "İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulub.