"Bakı-2015" I Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulub. Qaynar.info хəbər verir ki, xanım idmançılar bu gün 4 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparıb.
2 çəki dərəcəsində Azərbaycan medal qazanıb. 48 kq-da mübarizə aparan Mariya Stadnik bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıхıb. 55 kq çəki dərəcəsində çıхış edən Natalya Sinişin isə yarımfinalda uduzub və bürünc medal uğrunda görüşü qələbə ilə bitirərək 3-cü olub.
Qeyd edək ki, bununla Azərbaycan yığması medal sayını 16-ya çatdırıb - 7 qızıl, 2 gümüş, 7 bürünc.
Qaynar.info