Xəbər lenti

"Azərbaycan Dəmir Yolları" bu ilin I rübündə 1 milyondan çox sərnişin daşıyıb
Ekonomiks13:14 14.05.2020

"Azərbaycan Dəmir Yolları" bu ilin I rübündə 1 milyondan çox sərnişin daşıyıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin I rübündə "Azərbaycan Dəmir Yolları" QSC 1 082 min sərnişin daşıyıb. 
Qaynarinfo quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,6% çoxdur. 
Son 1 ildə şəhərətrafı dəmir yolları ilə daşınan sərnişinlərin sayı 85,1% artaraq 849 min nəfər, beynəlxalq dəmir yolları ilə daşınan sərnişinlərin sayı 16,7% azalaraq 29 min nəfər, daxili dəmir yolu ilə daşınan sərnişinlərin sayı isə 9,9% azalaraq 203 min nəfər təşkil edib.