Ekonomiks 17:11 06.10.2022

“Azərbaycan Dəmir Yolları” cərimələndi

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) inzibati qaydada cərimələnib. 

Qaynarinfo xəbər verir ki, Dövlət Gömrük Komitəsində (DGK) "Azərbaycan Dəmir Yolları” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci maddəsi ilə inzibati iş başlanıb. Bu maddəyə əsasən Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçən iclasda "Azərbaycan Dəmir Yolları” QSC-nin 1500 manat cərimə olunması barədə qərar qəbul edilib. 

Seyid