Xəbər lenti

“Azərbaycan Dəmir Yolları” nizamnamə kapitalını artırdı
Ekonomiks14:15 20.08.2020

“Azərbaycan Dəmir Yolları” nizamnamə kapitalını artırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nizamnamə kapitalı 100 milyon manat və yaxud 12,4% artırılıb.
Qaynarinfo xəbər verir ki, səhmdar cəmiyyətinin kapitalı 806 061 960 manatdan 906 061 960 manata çatdırılıb.
Xatırladaq ki, ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli  qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib.