Xəbər lenti

Azərbaycan derbisində qol olmadı
İdman17:57 08.02.2020

Azərbaycan derbisində qol olmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
Qaynarinfo xəbər verir ki, turun son oyunu "Qarabağ" - "Neftçi" derbisi ilə əlamətdar olub.
Tofiq Bəhramov adına respublika stadionunda keçirilən görüş komandalar arasında 100-cü duel kimi tarixə düşüb. Yubiley matçında qapılara qol vurulmayıb.
Bu heç-heçədən sonra xallarını 35-ə çatdıran Qurban Qurbanovun komandası turnir cədvəlinin zirvəsindəki mövqeyini qoruyub. 27 xalı olan "Neftçi" isə "Keşlə"ni geridə qoyaraq yenidən ikinci sıraya yüksəlib.
Günün ilk oyununda "Zirə" klubu səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Qəbələ"yə 3:2, "Səbail" isə səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəlib.