
Azərbaycan daxili işlər orqanının keçmiş zabiti ağır yaralanıb.
Qaynar.info-nun APA-ya istinadən verdiyi xəbərə görə Ukraynanın Jitomir şəhərində sui-qəsdə məruz qalan şəxs sabiq polis polkovnik-leytenantı, son günlərə qədər Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukrayna bölməsinin təhlükəsizlik xidmətində çalışan Natiq Novruzovdur.
Hadisə Jitomir şəhərində N.Novruzovun tanışlarından birinin evində baş verib. Belə ki, tanışlarından birinin 9-cu mərtəbədə yerləşən mənzilinə gedən N.Novruzovun üzünə qapını tamam yad şəxslər açıb və dərhal ondan oradan uzaqlaşmağı tələb ediblər. N.Novruzov bunun səbəbini soruşduqda “Siz qara millət rədd olun buradan!” kimi təhqiramiz cavab alaraq hücuma məruz qalıb. Onu döyərək 9-cu mərtəbənin pilləkənləri arasından aşağı atıblar. Çevikliyi sayəsində pilləkənlərin dəmirlərindən tutub xilas olmağa çalışan N.Novruzov sağ qalsa da, sağ ayağı dizdən aşağı bir neçə yerdən sınıb.Qaynar.info