
Futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.
Qaynarinfo.az xəbər verir ki, Kolumbiyanın Medelyin şəhərində keçirilmiş püşkün nəticəsində Azərbaycan millisinin 2 qat dünya və 7 qat Avropa çempionları İspaniya, 11 qat Asiya çempionu İran və son Afrika çempionu Mərakeş yığmaları ilə birgə F qrupunda mübarizə aparacağı bəlli olub. Beləliklə, dünya çempionatında qruplar bu şəkildədir:
A qrupu
Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama
B qrupu
Tailand, Rusiya, Kuba, Misir
C qrupu
Paraqvay, İtaliya, Vyetnam, Qvatemala
D qrupu
Ukrayna, Braziliya, Mozambik, Avstraliya
E qrupu
Argentina, Qazaxıstan, Solomon adaları, Kosta-Rika
F qrupu
İran, İspaniya, Mərakeş, AZƏRBAYCAN
Bizim qrupun oyun təqvimi belədir:
12 sentyabr
18:00 Mərakeş - AZƏRBAYCAN
20:00 İran - İspaniya
15 sentyabr
18:00 AZƏRBAYCAN - İspaniya
20:00 İran - Mərakeş
18 sentyabr
18:00 AZƏRBAYCAN - İran
18:00 İspaniya - Mərakeş
Qeyd edək ki, futzal üzrə dünya çempionatının final mərhələsi bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın Kali, Medelyin və Bukaramanqa şəhərlərində keçiriləcək. Azərbaycanın qrup oyunları Kolumbiyanın 2-ci böyük şəhəri olan Medelyində baş tutacaq.
Qaynarinfo.az