Xəbər lenti

Azərbaycan əhalisi 2 ayda 7 milyard manatdan çox pul qazanıb
Ekonomiks12:29 23.03.2018

Azərbaycan əhalisi 2 ayda 7 milyard manatdan çox pul qazanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 7 milyard 700,3 milyon manat olub.
Trend-in məlumatına görə, nominal gəlirlər əhalinin hər nəfərinə orta hesabla 786,4 manat təşkil edib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7 milyard 069,6 milyon manatlıq və ya əvvəlkindən 10,7 faiz çox vəsait qalıb.