Xəbər lenti

Azərbaycan elitasında klubların sayı 8-ə endirildi - Bizdən kiçik Ermənistandakı kimi
İdman09:22 13.06.2016

Azərbaycan elitasında klubların sayı 8-ə endirildi - Bizdən kiçik Ermənistandakı kimi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib.

Qaynarinfo.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Növbəti mövsüm üçün müvafiq qaydada lisenziya almış klubların sayı nəzərə alınaraq, Premyer Liqanın 2016/17 mövsümü 8 komandanın iştirakı ilə keçirilsin.

2. AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, legioner futbolçular üçün klublar tərəfindən ödənilən rüsumun məbləği 5 min AZN müəyyənləşdirilsin. Təmsil etdiyi ölkənin milli komandasının üzvü olan legioner futbolçular sifariş ərizəsinə ödənişsiz daxil olunsun.

3. AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, intizam qaydalarına uyğun olaraq tətbiq edilən cərimə sanksiyalarının məbləği 20 faiz endirilsin.

4. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq, futbol veteranı Füzuli Cavadova və Nurəddin Əliyevə AFFA-nın təqaüdü verilsin.

Qeyd edək ki, indiyədək Azərbaycan çempionatları tarixində 8 komanda mübarizə aparmayıb. Müqayisə üçün bildirək ki, bizdən ərazicə kiçik olan qonşu Gürcüstanda 16, Ermənistanda isə 8 komanda çıxış edir.

Qaynarinfo.az