Xəbər lenti

Azərbaycan-Ermənistan sərhəddində Rusiya helikopterinin vurulması ilə bağlı  rəsmi açıqlama
Ölkə19:01 29.06.2021

Azərbaycan-Ermənistan sərhəddində Rusiya helikopterinin vurulması ilə bağlı rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması ilə bağlı sübutları toplayıb və ekspertiza aparıb".
Qaynarinfo xəbər verir ki, bunu "RİA Novosti”yə açıqlamasında Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib. O bildirib ki, hazırda istintaq davam edir:
"9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə əlaqədar Baş Prokurorluq təcili yoxlama tədbirlərindən sonra cinayət işi açıb. Müvafiq ekspertizalar aparılıb və maddi sübutlar toplanıb, habelə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”.
Səlimzadə qeyd edib ki, Azərbaycan Baş Prokurorluğu Rusiya helikopterinin vurulması ilə bağlı qanuni qərar qəbul edilməsini təmin edəcək: "Hazırda istintaq davam edir və ekspertizanın nəticələrinə uyğun olaraq qanuni qərar qəbul ediləcək”.