Xəbər lenti

Azərbaycan əsilli futbolçu Rusiyada ayın ən yaxşısı oldu
İdman05:09 25.03.2016

Azərbaycan əsilli futbolçu Rusiyada ayın ən yaxşısı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Lokomotiv” mart ayının ən yaxşı futbolçusunu seçib.

APA-nın məlumatına görə, klub tərəfindən azarkeşlər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, Aleksandr Səmədov ayın ən yaxşısı olub.

Azərbaycan əsilli yarımmüdafiəçi sorğuda iştirak edən azarkeşlərin 87,2 faizinin səsini toplayaraq bütün rəqiblərini qabaqlayıb.

II yerdə slovakiyalı müdafiəçi Yan Duritsa (4,4 faiz), III pillədə isə ukraynalı yarımmüdafiəçi Taras Mixalik (2,3 faiz) qərarlaşıb.

Qaynar.info