AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də, "Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya oyununu idarə edəcək hakimlər açıqlanıb:
Qaynarinfo xəbər verir ki, estonarla matçı Çexiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Andrey Berka olacaq. Ona yan xətt hakimləri İvo Nadvorniklə Kamil Hayek yardım edəcək. Dördüncü hakim funksiyasını Dalibor Çerni yerinə yetirəcək. Görüşün VAR hakimləri Benoit Millot (Fransa) və Miroslav Zelinka olacaq.
Azərbaycan - Estoniya matçına hakim-inspektor kimi israilli Alon Yefet təyinat alıb.
Səbuhi Həsənov