Bu ilin yanvar-iyul aylarında Azərbaycan 25 min 180 ton ət idxal edib.
Qaynarinfo Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 55 milyon 116 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 min 542 ton (18 %), dəyər baxımından isə 13 milyon 427 min ABŞ dolları (19,5 %) azdır.
Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ini təşkil edib.
Şərhlər