Xəbər lenti

Azərbaycan futbol üzrə Xorvatiya yığmasını məğlub etdi
İdman11:47 18.06.2016

Azərbaycan futbol üzrə Xorvatiya yığmasını məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Makedoniyanın Skopye şəhərində 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında UEFA İnkişaf turnirində növbəti oyun keçirilib. 

Qaynarinfo.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan millisi ikinci görüşündə Xorvatiya ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin üstünlüyü şəraitində keçib. Bunun nəticəsində Aycat Nemətova (20-ci dəqiqə), Vüsalə Seyfəddinova (55) və Anna Abulaşvilinin (66) vurduğu qollar yığmamıza 3:1 hesablı qələbə qazandırıb. Xorvatların təsəlli topunun müəllifi Vanessa Duymoviç (72) olub.

Qeyd edək ki, qızlarımız ilk görüşdə ev sahibi Makedoniya ilə qarşılaşmışdı. 2:2 hesabı ilə başa çatan həmin oyunda penaltilər seriyasını daha dəqiq yerinə yetirən (4:2) makedonlar qələbə qazanmışdılar.

Qaynarinfo.az