
Prosineçki AFFA ilə razılaşdığına görə Azərbaycana gəlib. O, hətta dünən "Xəzər Lənkəran" - "Neftçi" görüşünü də canlı izləyib.
Onun AÇ-2016-nın sonunadək millimizin başında olacağı bildirilir. Xorvatiyalı müqaviləyə əsasən, 1.5 milyon avro qazanacaq.
O, rəsmi olaraq ictimaiyyətə dekabrın 2-də təqdim olunacaq. Həmin gün millimizin yeni baş məşqçisinin mətbuat konfransı olacaq.
Qaynar.info