İdman 23:28 21.07.2022

Azərbaycan futbolu üçün uğursuz gecə: Hamısı uduzdu

Bu gün Azərbaycan klubları "Neftçi" "Zirə" və "Qəbələ" Konfrans Liqasında mübarizəyə qoşulub. 
 
Qaynarinfo xəbər verir ki, ötən mövsümün bürünc mükafatçısı "Zirə" İsrail təmsilçisi "Makkabi"ni (Təl-Əviv) qəbul edib. "Dalğa Arena"da keçirlən qarşılaşma rəqibin qələsi ilə bitib - 3:0.

Geridə qalan mövsümü 4-cü pillədə başa vuran "Qəbələ" isə Macarıstanda "Fehervar"ın qonağı olub. Azərbaycan təmsilçisi 1:4 hesabı ilə yenilib 

Ötən mövsümün gümüş medalçısı "Neftçi" də mübarizəyə səfərdə start verib. "Ağ-qaralar" Limassol təmsilçisi "Aris"lə qarşılşıb və 0:2 hesabı ilə yenilib. 

UEFA Konfrans Liqası
İkinci təsnifat mərhələsi
İlk oyunlar

21 iyul
Zirə (Azərbaycan) - Makkabi (Təl-Əviv, İsrail) 0:3
Qollar: Qavriel Kaniçovski, 18. Qiaqon Parfait, 22. Corce Yovanoviç, 54.
Zirə: 1. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 21. Hacıağa Hacılı, 26. Nemanya Ancelkoviç, 32. Qismət Alıyev, 44. Dmitrios Çantakias, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 22. Nail Alışov, 41. Anar Nəzirov, 4. Cəlal Hüseynov, 7. Filipe Paxtman, 9. Loris Bronyo, 13. Ramin Əhmədov, 18. Slavik Alxasov, 47. Məhəmməd Hamdui, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 77. Mirsayib Abbasov.
Baş məşqçi: Rəşad Sadıqov.
Makkabi: 1. Daniel Perets, 4. Enrix Saborit, 14. Yoris van Overeem, 16. Qavriel Kaniçovski, 17. Brendli Kuvas, 18. Qiaqon Parfait, 21. Şeran Yeyni, 23. Eyal Qolasa, 27. Ofir Davidzada, 28. Andre Geraldes, 99. Corce Yovanoviç.
Ehtiyat oyunçular: 19. Daniel Tenenbaum, 33. Or Yitshak, 9. Stip Perika, 10. Dan Biton, 11. Eylon Almoq, 22. Avi Rikan, 24. Nadav Niddam, 30. Maor Kandil, 32. Dor Turgeman, 35. Roy Revivo, 37. Oskar Qlux, 77. Matan Hozez.
Baş məşqçi: Vladimir İviç.
Hakimlər: Rob Hennessi, Emmett Daynan, Dermot Brouqto, Oliver Moran (İrlandiya).
Bakı, "Dalğa Arena".

Fehervar (Macarıstan) - Qəbələ (Azərbaycan) 4:1
Qollae: Kenan Kodro, 30; 74. Adrian Rus, 67. Budu Zivzivadze, 90 Rafael Utziq, 16.
Fehervar: 1. Daniel Kovaç, 4. Adrian Rus, 5. Attila Fiola, 7. İvan Petriak, 11. Loik Neqo, 13. Artyom Şabanov, 19. Kenan Kodro, 21. Ruben Pintu, 23. Pal Darda, 31. Nikola Serafimov, 55. Marsel Heyster.
Ehtiyat oyunçular: 42. Emil Rokkov, 57. Martin Dala, 6. Peter Pokornı, 8. Yevgeni Makarenko, 9. Budu Zivzivadze, 22. Stopira, 29. Jolt Koynok, 65. Silvester Hanqya, 70. Funşo Bamqboye, 80. Boqdan Lednev (Ukrayna), 83. Bense Babos, 94. Klaudiu Bumba (Rumıniya).
Baş məşqçi: Mixael Boris.
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 4. Ruan Renato, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 7. Rövlan Muradov, 11. Asif Məmmədov, 23. Rafael Utziq, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 10. Omar Hani, 12. Rüfət Əhmədov, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev, 77. Emil Səfərov.
Baş məşqçi: Elmar Baxşıyev.
Hakimlər: Kaspar Syöberq, Maks Robin Vilde, Andreas Svensson, Qranit Maqedonci (İsveç).
Sekeşfehervar, "Mol Arena".

Aris (Kipr) - Neftçi (Azərbaycan) 2:0
Qollar: Kaju, 53. Artur Yannik Qomis, 66.
Aris: 1. Vana, 3. Kaju, 8. Morqan Braun, 10. Matiya Şpolyariç, 13. Delmiro Evora Naskimento, 14. Artur Yannik Qomis, 20. Stiv Yaqo, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 31. Frants Brorsson, 37. Yulius Syoke.
Ehtiyat oyunçular: 28. Neofitos Stilianu, 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 7. Leo Benqtsson, 9. Daniel Sikorski, 30. Aleks Muketu-Mussunda, 58. Yevgeni Yablonski, 65. Yanis Dede Lomme, 72. Floriss Cave.
Baş məşqçi: Aleksey Şpilevski.
Neftçi: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov.
Baş məşqçi: Laurentsiu Regekampf.
Hakimlər: İvan Bebek, Qoran Pataki, Luka Payiç, Dario Bel (Xorvatiya).
Larnaka, "AEK Arena"

Komandalar arasında cavab matçları iyulun 28-də keçiriləcək.
 
Səbuhi Həsənov