
2001-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Göydərə kəndində anadan olan Turan Vəlizadə futbol oynamağa 2008-ci ildə “Neftçi” futbol klubunda Rüfət Quliyevin məşqçiliyi altında başlayıb.
2010-cu ildən məşqlərini “Əlincə” futbol klubunda davam etdirən Turan 2012-2013-cü il futbol mövsümündə 26 qolla paytaxt çempionatının bombardiri olub. Daha sonra Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq turnurin qalibi və bormbardiri olan Turan Vəlizadə həm də həmin turnurin “Ən yaxşı futbolçusu” seçilib.
Bu yaxınlarda BAKCELL-in maddi və təşkilati dəstəyiylə təşkil olunan “Mançester Yunayted” klubunun təlim-məşq toplantısında iştirak edən balaca ulduz münsiflər tərəfindən bu beynəlxalq turnirin də “Ən yaxşı futbolçusu” elan edilmiş və “Manşestr Yunayted” klubuna dəvət olunub.

