Xəbər lenti

Azərbaycan-Gürcüstan sərhədi mayın 4-dək bağlı qalacaq
Ölkə16:23 18.04.2020

Azərbaycan-Gürcüstan sərhədi mayın 4-dək bağlı qalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə qərarı baş nazir Əli Əsədov imzalayıb.  
Qeyd edilir ki, bununla əlaqədar Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin müvəqqəti bağlı saxlanılması barədə qərarın müddəti 2020-ci il 4 may saat 00.00-dək uzadılır.