Xəbər lenti

Azərbaycan hakimliyi tarixində bir ilk!
İdman09:40 22.07.2016

Azərbaycan hakimliyi tarixində bir ilk!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan futbol hakimliyi tarixində bir ilk yaşanıb.

Qaynarinfo.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Almaniyada təşkil olunmuş turnirin iyulun 24-də, Zinshaym şəhərindəki 25 minlik “Virsol Reyn-Nekkar-Arena”da keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də, Rusiyanın Krasnodar şəhərindəki “Kuban” stadionunda keçiriləcək “Krasnodar” – “Birkirkara” (Malta) oyununun baş hakimi də Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiysını isə Rauf Cabbarov yerinə yetirəcək.

Qaynarinfo.az