Azərbaycan Silahlı Qüvvələrinin hərbi bölmələri Ermənistanın cənub-şərqindəki Zəngəzur (Sünik) vilayətinin Şurnux kəndinə daxil olublar.
Modern.az xəbər verir ki, Şurnux kəndinin icma rəhbəri Akop Arşakyan sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, Azərbaycan hərbçiləri yanvarın 2-də rusiyalı sülhməramlıların müşayiətilə artıq kənddə post qurublar.
"Hər şey bitdi. Azərbaycan hərbçiləri kəndi nəzarətə götürdü. Kənddə artıq post qoyulub. Bizə kəndi tərk etmək üçün yanvarın 5-nə qədər vaxt verilib. Bu vaxtdan sonra Şurnuxda heç kim qalmamalıdır”,-deyə Arşakyan bildirib.
Dekbarın 24-dən Şurnux kəndinin ərazisində delimitasiya işləri aparılır. Ermənilər kəndin onlara məxsus olduğunu idda etsələr də, köhnə xəritədə bu kəndin vaxtilə Azərbaycan ərazisi olduğu qeyd edilib.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/wTY3VYaA8zc" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">