Xəbər lenti

Azərbaycan Hollandiya ilə oynayacaq: "Şansları bərabər dəyərləndirirəm"
İdman11:56 12.02.2016

Azərbaycan Hollandiya ilə oynayacaq: "Şansları bərabər dəyərləndirirəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Serbiyanın Belqrad şəhərində futzal üzrə DÇ-2016-nın play-off mərhələsinin püşkü atılıb.

Qaynar.info xəbər verir ki, Azərbaycan millisi final mərhələsinə vəsiqə qazanmaq uğrunda oyunlarda Hollandiya yığması ilə qarşılaşacaq. Yığmamız ilk oyununu martın 22-də səfərdə, cavab oyununu isə aprelin 12-də evdə keçiriləcək.

Qeyd edək ki, dünya çempionatının final mərhələsi bu il sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada təşkil ediləcək və qalib adı uğrunda 24 komanda yarışacaq.

Pley-off cütlükləri

Sloveniya – İspaniya

Slovakiya – Ukrayna

Polşa – Qazaxıstan

Serbiya - Portuqaliya

Belarus – Rusiya

Hollandiya – AZƏRBAYCAN

Macarıstan – İtaliya

Yeri gəlmişkən, futzal üzrə Azərbaycan millisinin ispan baş məşqçisi Tino Peres püşkün nəticəsi ilə bağlı affa.az saytına açıqlama verib: “Hollandiya yığmasının heyətində Mərakeş əsilli futzalçılar çoxluq təşkil edir. Komandanın oyun dəst-xətti haqda geniş məlumata sahib deyilik, amma birinci oyuna qədər lazımi informasiyanı əldə edəcəyik. Yalnız son oyunlardakı nəticələr haqda məlumatlıyıq. Şanslara gəldikdə, 50-nin 50-yə - bərabər dəyərləndirirəm. Birinci oyundan sonra yekun fikir bildirmək olar. İlk oyunu səfərdə keçirəcəyik ki, bunu da komandamız üçün əlavə üstünlük hesab edə bilərik”.

Qaynar.info