Xəbər lenti

Azərbaycan Hollandiyaya 5 qol vurub mundialın qapısını araladı - VİDEO
İdman20:47 22.03.2016

Azərbaycan Hollandiyaya 5 qol vurub mundialın qapısını araladı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futzal üzrə dünya çempionatının pley-off mərhələsində millimiz Almere şəhərində Hollandiya millisinin qonağı olub.

Qaynar.info xəbər verir ki, az öncə başa çatmış matçda yığmamız rəqibini 5:1 hesabı ilə məğlub edib və bu il Kolumbiyada keçiriləcək dünya çempionatının qapısını aralayıb.

Yığmamızdan qolları Amadeu (04:32, 28:39), Fineo (12:57), Auqusto (27:42) və Vitali Borisov (30:05) vurub. Hollandiyanın yeganə qoluna isə Camal Əl-Qannuti (09:48) imza atıb. Tərəflərin cavab qarşılaşması aprelin 12-də Bakıda, Əl Oyunları Sarayında keçiriləcək.

Yeri gəlmişkən, millimizin ispan baş məşqçisi Faustino Peres oyunla bağlı açıqlama verib: “Yaxşı oynadıq. İstər müdafiədə, istərsə də hücumda nümayiş etdirdiyimiz oyundan razı qaldım. Üstəlik, rəqibin də etmək istədiklərini sanki əvvəlcədən bilərək önləyici tədbirlər görməyi bacardıq. Bununla belə, sakitləşmək, cavab oyununa rahat çıxmaq olmaz. Bakıdakı qarşılaşmada da, ən azı, bugünkü kimi aqressiv və istəkli olmalıyıq. Yalnız cavab oyununda sərfəli nəticə əldə edə bilsək, dünya çempionatına vəsiqə qazanmağımızı yüksək əhval-ruhiyyə ilə qeyd edə bilərik”.

Qeyd edək ki, dünya çempionatının digər pley-off matçlarında bu nəticələr qeydə alınıb: 

Belarus - Rusiya 1:4

Polşa - Qazaxıstan 1:1

Macarıstan - İtaliya 0:3

Slovakiya - Ukrayna 0:6

Sloveniya - İspaniya 1:0

Serbiya - Portuqaliya 1:2

Qaynar.info