Xəbər lenti

Azərbaycan İKT avadanlıqlarının idxalını kəskin artırıb
Ekonomiks16:51 04.09.2019

Azərbaycan İKT avadanlıqlarının idxalını kəskin artırıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən il ərzində Azərbaycana 883,8 mln. manat dəyərində İKT avadanlığı idxal olunub ki, bu da 2017-ci illə müqayisədə 56,4% çoxdur.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Ötən il üzrə idxalın ümumi həcmindən telekommunikasiya avadanlığının payına 328,6 mln. manat (2017-ci illə müqayisədə 34,6% çox), kompüter və periferiya avadanlıqlarının payına 315,8 mln. manat (artım – 87,5%), elektron avadanlıqların payına 145,9 mln. manat (artım – 46,2%) və digər İKT məhsullarının payına 93,5 mln. manat (artım – 76,7%) düşüb.

İdxal olunan İKT məhsullarının ölkəyə idxal olunan bütün növ məhsulların dəyərində xüsusi çəkisi 4,5% təşkil edib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 0,8 faiz bəndi çoxdur.