Xəbər lenti

Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq
İdman18:52 15.02.2022

Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.
Milli Paralimpiya Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, qış idman növləri üzrə yığmanın üzvü Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçiriləcək nüfuzlu yarışda iştirak edəcək.
O, kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.
Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.