Xəbər lenti

Azərbaycan imzaladı: Avropa idmançıları Bakıya gəlirlər
İdman15:29 25.11.2017

Azərbaycan imzaladı: Avropa idmançıları Bakıya gəlirlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Xorvatiyanın Zaqreb şəhərində Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2019-cu ildə keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalına Bakının ev sahibliyi etməsi ilə bağlı imzalanma mərasimi və təqdimatı keçirilib.
Qaynarinfo xəbər verir ki, mərasimdə müqaviləni Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AOK-un prezidenti Janez Koçijançiç və baş katib Rafael Paqnozzi imzalayıblar.
Həmçinin, tədbirdə təqdimat Azad Rəhimov və GİN-in Beynəlxalq əlaqələr şöbəsinin rəisi Namiq Novruzov tərəfindən keçirilib.