Xəbər lenti

Azərbaycan İngiltərə millisini məğlub etdi - Futbolda
İdman11:17 26.08.2016

Azərbaycan İngiltərə millisini məğlub etdi - Futbolda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunmuş Avropa Liqasının Super Final mərhələsində bu gün ikinci oyununu keçirib.

Qaynarinfo.Az xəbər verir ki, millimiz İngiltərə yığmasını Sabir Allahquliyev və Hikmət Bağırovun vurduğu qollarla 2:0 hesabı ilə məğlub edib.

Dünən turnirdəki ilk oyununda futbolçularımız Türkiyə komandasına 5:3 hesabı ilə qalib gəlmişdi.

Millimiz növbəti oyununu sabah saat 13:30-da Çexiya yığmasına qarşı keçirəcək.

Qaynarinfo.Az