Xəbər lenti

Azərbaycan klubları arasında 3 yoxlama oyunu
İdman06:48 13.06.2020

Azərbaycan klubları arasında 3 yoxlama oyunu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasının bərpasına hazırlaşan klublar bu gün növbəti yoxlama oyunlarına çıxacaq.
Qaynarinfo xəbər verir ki, 6 elita təmsilçisi arasında 3 qarşıalşma baş tutacaq.
Premyer Liqanın lideri və son illərin dəyişməz çempionu "Qarabağ" mərkəzi arenada "Səbail"i sınağa çəkəcək. "Neftçi" "Bakcell Arena"da "Qəbələ" ilə üz-üzə gələcək. "Sabah" və "Zirə" isə "Bank Respublika Arena"da sınaq matçına çıxacaq.
Yoxlama oyunları
13 iyun
19.00 Neftçi - Qəbələ
"Bakcell Arena".
19.00 Sabah - Zirə
"Bank Respublika Arena".
19.30 Qarabağ - Səbail
Tofiq Bəhramov adına Respubliika Stadionu.