Xəbər lenti

Azərbaycan klublarının qazandığı Birlik Kuboku ləğv olundu
İdman14:45 25.07.2016

Azərbaycan klublarının qazandığı Birlik Kuboku ləğv olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ənənəvi Birlik Kuboku turniri tarixin yaddaşına köçüb. 

Qaynarinfo.Az "Sovetskiy Sport"a istinadən xəbər verir ki, bunu Rusiya Futbol İttifaqının prezidenti və idman naziri Vitali Mutko açıqlayıb.

O bildirib ki, 1993-cü ildən Rusiyada keçirilən turnir rəsmən ləğv edilib: "Birlik Kuboku bağlanıb. O öz aktuallığını itirib. Lakin eyni vaxtda Qranatkin Kubokunu keçirməyi davam etdirəcəyik".

1993-2011-ci illərdə MDB və Baltikyanı ölkələrin çempionları arasında keçirilən, 2012-15-ci illərdə gənclərdən ibarət yığmaların mübarizə apardığı turnirdə Azərbaycan klubları da uğurla çıxış edib. Çempionların mübarizə apardığı illərdə “Neftçi” (2006), “Xəzər Lənkəran” (2008) və “İnter” (2011) Birlik Kubokunun qalibi olub. Yığmaların mübarizəyə başladığı 2012-ci ildən sonra isə ölkəmiz turnirdə təmsil olunmayıb.

Qeyd edək ki, hər il Sankt-Peterburqda keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnirdə isə Azərbaycanın 19 yaşadək komandası müntəzəm olaraq çıxış edir.

Qaynarinfo.az