Xəbər lenti

Azərbaycan klubu ilə anlaşa bilmədi, türk komandasına keçdi
İdman14:56 01.07.2016

Azərbaycan klubu ilə anlaşa bilmədi, türk komandasına keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Timur Təməltaşın yeni iş yerinin adına aydınlıq gəlib.

Qaynarinfo.az xəbər verir ki, son olaraq İzmirin “Altınordu” klubunun şərəfini qoruyan futbolçu karyerasını yenə Türkiyədə davam etdirəcək. 24 yaşlı yarımmüdafiəçi I dəstənin debütantı “Ümraniyəspor” klubu ilə münasibətlərini rəsmiləşdirib. Timur İstanbul klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Timur Təməltaşı Türkiyənin "Bandırmaspor" klubu da heyətinə qatmaq istəyirdi. Onun Azərbaycan Premyer Liqası klublarından birinə keçmək variantı da vardı. Lakin həmin klub onun istədiyi pulu verə bilmədiyindən, bu keçid baş tutmamışdı.

Qaynarinfo.az