Xəbər lenti

Azərbaycan klubu koronavirusa görə oyunçusu ilə vidalaşdı
İdman14:20 19.03.2020

Azərbaycan klubu koronavirusa görə oyunçusu ilə vidalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərreyl" komandası qadın voleybolçusu Pismaht Dorislə yollarını ayırıb. 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda koronavirusla bağlı Azərbaycan çempionatında yaranmış fasilə ilə əlaqədar olaraq Pismaht Doris ilə müqaviləni sonlandırmaq qərarına gəlib.
Xorvatiyalı oyunçuya gələcək karyerasında uğurlar arzulanıb. 
"Bu komandada peşəkar məşqçi və oyunçu heyəti ilə çalışmaq mənim üçün böyük uğur idi. Yenidən Azərbaycanda görüşmək ümidilə...” deyə Doris bildirib.