Xəbər lenti

Azərbaycan klubu UEFA Kubokunda 15 qol vurdu
İdman15:34 14.10.2016

Azərbaycan klubu UEFA Kubokunda 15 qol vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsinin II qrupunda son oyunlar keçrilib. 

Qaynarinfo.Az xəbər verir ki, Azərbaycan çempionu “Araz” Makedoniyanın paytaxtı Skopyedə keçirilən qrup mərhələsinin son matçında meydan sahibləri ilə görüşüb.

Naxçıvan təmsilçisi bu ölkənin çempionu “Zelezarets”lə qarşılaşıb. Son turun görüşlərindən asılı olmayaraq, I yeri təmin edən komandamız elit-raunda 100 faizli nəticə ilə yollanmaq iddiasında idi və bu istəyini reallaşdırıb. Belə ki, təmsilçimiz Boris Traykovski adına İdman Mərkəzində yerli klubu 15:4 hesabı ilə yenib. Rəqibin heyətində Martin Stoyanovskinin 29-cu dəqiqə, 2-ci saniyədə bırbaşa qırmızı vərəqə aldığını da bildirək. 

Qeyd edək ki, turun digər oyununda elit-raunda 2-ci vəsiqənin sahibi bəlli olub. Kosovonun ən yaxşısı “Feniks” Gürcüstan çempionu Tbilisi Dövlət Universitetini (TDU) sınağa çəkib. Kosovolular qərb qonşularımıza 7:3 hesabı ilə qələbə qazanaraq II pilləni tutublar.

"Araz" əvvəki qarşılaşmalarda TDU-nu 7:1 və "Feniks"i 1:0 məğlub etmişdi.

Qaynarinfo.Az