
Bakının "İnter" klubunun Türkiyənin Antalya bölgəsində keçirəcəyi təlim-məşq toplanışındakı rəqibləri müəyyənləşib.
Qaynarinfo.Az xəbər verir ki, "bankirlər" 3 yoxlama oyununa çıxacaq.
İlk görüş yanvarın 18-də Rumıniyanın "Botoşan" klubuna qarşı olacaq. "Botoşan" 21 turdan sonra 25 xalla VIII pillədə qərarlaşıb. Ertəsi gün rəqib Tacikistan çempionu "İstiqlal" komandası olacaq. Yanvarın 21-də isə "İnter" Rusiya Premyer Liqasında çıxış edən "Orenburq"la üz-üzə gələcək. Premyer Liqanın debütantı XIV yerdə qərarlaşıb.
Qeyd edək ki, Rumıniyanın "Politexnika" klubunun rəsmi saytında yanvarın 23-də "İnter"lə yoxlama görüşünün keçiriləcəyi yazılıb. Lakin paytaxt klubu bu rəqiblə görüş barədə heç nə qeyd etməyib.
Qaynarinfo.Az