
Azərbaycanın "İnter" klubu Ankarada keçirdiyi hazırlıq mərhələsi çərçivəsində 3-cü yoxlama oyununu keçirib.
"Qaynarinfo.Az" xəbər verir ki, "İnter" Türkiyə Superliqası klubu olan "Gənclərbirliyi"nin II komandasını 4:0 hesabı ilə darmadağın edib. "İnter"in qollarının 2-ni Samir Zərgərov, digər 2-ni isə Fuad Bayramovla Mirhüseyn Seyidov vurub.
Qeyd edək ki, "İnter" bundan əvvəl Türkiyənin "Kasımpaşa" klubunu 2:1 məğlub etmiş, daha sonra "Elazığspor"la qolsuz heç-heçə etmişdi. Bakı klubu bu gün azərbaycanlı futbolçu Rasim Ramaldanovun yeni komandası - "Kolxeti-1913" ilə son hazırlıq matçını keçirəcək. Bu matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.