Xəbər lenti

Azərbaycan komandasında Ukrayna və Rusiyadan legionerlər
İdman11:28 02.11.2016

Azərbaycan komandasında Ukrayna və Rusiyadan legionerlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum olduğu kimi, qadın həndbolçular arasında “Çelenc Kap” (Challenge Cup) turnirinin III mərhələsində Bakının ABU komandası Belçikanın “Femina” klubu ilə qarşılaşacaq.

Qaynarinfo.Az xəbər verir ki, Bakı təmsilçisinin oyun üçün heyəti açıqlanıb. 

Heyətdə Marta Abbasova, Səkinət Abbasova, Günel Əliyeva, İrina Qasımova, Yana Qornak, Anna Həmidova, Azaliya Həsənova, Aynur Kalmıkova, Vəfa Məmmədova, Anastasiya Metelska, Mədinə Musayeva, Səkinə Musayeva, Səbinə Nuriyeva, Oksana Orexova, Ülviyyə Şərifova və İnarə Yusubova yer alıblar. 

Metelska Ukrayna, Orexova isə Rusiyadan komandamıza yeni cəlb edilmiş legionerlərdir. Ötən ay 59 yaşında dünyasını dəyişmiş Azərbaycan millisinin və ABU-nun baş məşqçisi Konstantin Ruvinskini komandada federasiyanın vitse-prezidenti Rəfiqə Şabanovanın əvəzləməsi gözlənilir. 

Oyunu makedoniyalı hakimlər briqadası idarə edəcək. Matçda İsmail Metalari əsas, Nenad Nikolovski köməkçi hakim olacaq. Avropa Həndbol Federasiyasının nümayəndəsi qismində İsraildən İtjak Hart iştirak edəcək.

Qarşılıqlı razılığa əsasən, hər iki oyun - noyabrın 12-13-də Bakıda, "ABU Arena"da təşkil olunacaq. İlk oyunda nominal meydan sahibi belçikalılar olacaqlar.

Qeyd edək ki, hər 2 qarşılaşma saat 17:00-da başlayacaq.

Qaynarinfo.Az