Xəbər lenti

İdman 12:30 20.12.2023

Azərbaycan Kuboku: Bu gün 1/4 final mərhələsinin daha iki iştirakçısı müəyyənləşəcək

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki matçı keçiriləcək.

Qaynarinfo-nun məlumatına görə, əvvəlcə saat 14.0-da "Səbail" "ASCO Arena"da "Şamaxı"nı qəbul edəcək. Qarşılaşmanı Tural Qurbanov idarə edəcək. Günün ikinci qarşılaşması Zirə İdman Kompleksinin stadionunda baş tutacaq. "Zirə" doğma meydanda "Turan Tovuz"la görüşəcək. Baş hakim İnqilab Məmmədovun idarə edəcəyi görüş 17.00-da başlayacaq. Hər iki qarşılaşma "CBC Sport" vasitəsilə canlı yayımlanacaq.

14.00. "Səbail” – "Şamaxı”

Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"ASCO Arena”

17.00. "Zirə” – "Turan Tovuz”

Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu

Mərəhələnin bundan əvvəl keçirilən qarşılaşmalarında rəqibləri üzərində qələbə qazanan "Sabah", "Sumqayıt", "Araz-Naxçıvan" və "Qəbələ" 1/4 finala vəsiqə qazanıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->