Xəbər lenti

Azərbaycan Kuboku: "Neftçi" "Zirə"yə uduzdu
İdman17:01 02.02.2021

Azərbaycan Kuboku: "Neftçi" "Zirə"yə uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Qaynarinfo-nun məlumatına görə, sonuncu matçda "Neftçi" "Zirə"ni qəbul edib.
"Bakcell Arena”dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin heyətində qolu 26-cı dəqiqədə İlkin Muradov vurub.
Komandalar arasındakı cavab görüşü fevralın 7-də olacaq.
Günün digər matçında "Keşlə" Bakıda "Kəpəz"i 1:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, ilk 2 oyunda "Səbail" səfərdə "Sumqayıt"ı 1:0, "Qarabağ" evdə "Qəbələ"ni 3:1 hesabı ilə yenib.
Bizim Facebook səhifəmizə a