Xəbər lenti

Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilir
İdman09:53 01.02.2022

Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq. Günün ilk matçı "Qarabağ"la "Keşlə" arasında keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 17:30-da başlayacaq. Oyunu Vüqar Həsənli idarə edəcək. 
Komandalar kubok matçlarında ümumilikdə 11 oyunda üz-üzə gəlib. Bunların yeddisində Ağdam təmsilçisi, ikisində isə "Keşlə" qələbə qazanıb. 2 qarşılaşma isə heç-heçə nəticələnib. Top fərqi də "Qarabağ"ın xeyrinədir - 15:7. Son 4 qarşıdurmadan qalib ayrılan "Qarabağ” 7 oyundur uduzmur. "Keşlə” sonuncu dəfə 14 il əvvəl qalib gəlib.
 
Günün digər matçında "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edəcək. Saat 19:45-də başlayacaq görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Bu komandaların Azərbaycan kubokunda ilk görüşü olacaq.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
1 fevral (çərşənbə axşamı)
17:30. "Qarabağ” – "Keşlə”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu.
19:45. "Neftçi” – "Sabah”
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Bakcell Arena”.
1/4 finalın digər iki matçı sabah keçiriləcək. "Zirə" "Səbail"lə, "Sumqayıt" isə "Qəbələ" ilə qarşılaşacaq.
Səbuhi Həsənov