İdman 10:54 09.12.2022

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki görüşü baş tutacaq

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin qalan iki oyunu keçiriləcək.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək. Gəncə şəhər stadionunda oynanılacaq görüş saat 14:00-da başlayacaq. İki komanda indiyədək ölkə kubokunda üz-üzə gəlməyib.

Digər qarşılaşmada isə "Sabah" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Komandalar bunadək Azərbaycan Kubokunda bir-birinə rəqib olmayıb.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

9 dekabr (cümə)

14:00. "Kəpəz” – "Turan Tovuz”
 
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
Gəncə şəhər stadionu.

17:00. "Səbail” – "Sabah”

Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
"ASCO Arena”.

1/4 final mərhələsinin dünən keçirilmiş iki qarşılaşmasında aşağıdakı nəticələr qeydə alınıb
 
"Zirə" - "Neftçi" 1:0
"Qarabağ" - "Qəbələ" 2:2
 
Sözügedən mərhələnin cavab matçları 19-20 dekabrda baş tutacaq.
 
Səbuhi Həsənov