İdman 10:17 22.11.2022

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilir

Bu gün Azərbaycan Kubokunda 2022/2023 mövsümünə start veriləcək.

Qaynarinfo-nun məlumatına görə, 1/8 finalın ilk oyun günündə 3 görüş keçiriləcək. MOİK "Səbail"i, "Şamaxı" isə "Turan - "Tovuz"u qəbul edəcək. I Divizion təmsilçisi və "dənizçilər" indiyədək ölkə kubokunda qarşılaşmayıblar. Şamaxı və Tovuz komandalarının isə kubokda yolları yalnız bir dəfə kəsişib. 7 il əvvəlki görüşdə hər iki tərəf qol vurub və qələbəni "şirlər" qazanıb - 3:1. Bu iki matç eyni saatda başlayacaq.

Günün son oyununda "Qəbələ" aşağı dəstə təmsilçisi "Araz Naxçıvan"ı qəbul edəcək. Bu, iki komandanın Azərbaycan Kubokunda öz aralarında ilk dueli olacaq.

Azərbaycan Kuboku

1/8 final

22 noyabr

14:00. MOİK – "Səbail”
 
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Gülağa Cabbarov
Binə qəsəbə stadionu.

14:00. "Şamaxı” – "Turan Tovuz”
 
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu.

15:00. "Qəbələ” – "Araz Naxçıvan”
 
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Şirmamed Mamedov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu.

1/8 finalın digər oyunları sabah baş tutacaq.
 
"Sabah” - "Qaradağ Lökbatan”
"Mingəçevir” - "Zirə”
"Kəpəz” – "Sumqayıt”
 
Səbuhi Həsənov