Xəbər lenti

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşdi
İdman06:25 26.10.2022

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşdi.
Qaynarinfo xəbər verir ki, bir qarşılaşmadan ibarət mərhələnin görüşləri iki günü əhatə edəcək və turun üç görüşü "CBC Sport” telekanalı vasitəsilə, üç görüşü isə PFL-in saytında canlı yayımlanacaq.
22 noyabr (çərşənbə axşamı)
"Qəbələ” – "Araz Naxçıvan”
Qəbələ şəhər stadionu, 15:00 (canlı/pfl.az)
MOİK – "Səbail”
Binə qəsəbə stadionu, 14:00 (canlı/pfl.az)
"Şamaxı – "Turan Tovuz”
Şamaxı şəhər stadionu, 14:00 (canlı/ "CBC Sport”)
23 noyabr (çərşənbə)
"Sabah” – "Qaradağ Lökbatan”
"Bank Respublika Arena”, 17:00 (canlı/ "CBC Sport”)
"Mingəçevir” – "Zirə”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00 (canlı/pfl.az)
"Kəpəz” – "Sumqayıt”
Gəncə şəhər stadionu, 14:00 (canlı/ "CBC Sport”)
Səbuhi Həsənov