Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanan daha iki komanda bəlli olub.
Qaynarinfo xəbər verir ki, bu komandalar "Zirə" ilə "Kəpəz"dir. Paytaxt təmsilçisi 1/8 finalda "Mingəçevir"i 2:0, "Kəpəz" isə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. "Qartallar" 1/4 finalda "Neftçi", "Kəpəz" isə prinsipial rəqibi "Turan Tovuz"la üz-üzə gələcək.
Mərhələnin sonuncu matçında bu gün "Sabah" "Qaradağ Lökbatan"ı sınağa çəkəcək.
1/8 finalın ilk oyunlarında "Səbail" MOİK-i 4:0, "Turan Tovuz" "Şamaxı"nı 1:0, "Qəbələ" isə "Araz Naxçıvan"ı 5:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Səbuhi Həsənov
Şərhlər