Xəbər lenti

Azərbaycan Kubokunda final oyununun stadionu dəqiqləşdi
İdman15:15 03.05.2022

Azərbaycan Kubokunda final oyununun stadionu dəqiqləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, "Qarabağ” və "Zirə” komandaları arasında baş tutacaq həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq.
Oyun mayın 27-də keçiriləcək. Görüş saat 19:00 tarixinə təyin olunub.
Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi mayın 5-də təşkil olunacaq. AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbir saat 12:00-da başlayacaq.