Azərbaycan Kubokunda bu gün yarımfinal mərhələsinə start veriləcək.
Qaynarinfonun məlumatına görə, ilk matçda "Qəbələ" "Səbail"i qəbul edəcək.
İndiyədək bu turnirdə komandalar bir dəfə qarşılaşıb. 2017/2018 mövsümünə təsadüf edən 1/4 final qarşılaşmalarının hər ikisində bölgə təmsilçisi mərhələ adlayıb - 1:0 və 4:2.
Tərəflər arasındakı cavab görüşü aprelin 27-də baş tutacaq.
Azərbaycan Kuboku, yarımfinal, ilk oyun
18 aprel
18:00. "Qəbələ" - "Səbail"
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
VAR hakimləri: Əliyar Ağayev, Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu
Yarımfinal mərhələsinuin digər görüşü sabah, "Bakcell Arena"da "Neftçi" və "Turan Tovuz" arasında baş tutacaq.
Səbuhi Həsənov