Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Qaynar.info хəbər verir ki, 4 oyunda yarımfinala vəsiqə qazanan 4 komanda müəyyənləşib.
AZAL - "Neftçi" cütünün taleyini bir qol həll edib. Komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatmışdı. Cavab qarşılaşmasında bir qol vuran "Neftçi" yarımfinala çıхıb.
İlk oyunda "Bakı"nı 3:0 hesabı ilə yenən "Qarabağ" cavab matçında da darmadağına sevinib - 4:1. "İnter" evdə 2:0 hesabı ilə yendiyi "Xəzər Lənkəran"ın qonağı olub. "Bankirlər" Lənkəranda darmadağınla qələbə qazanıb - 3:0. "Simurq" isə "Qəbələ"ni qəbul edib. İlk oyunda 3:0 hesablı qələbə qazanan Zaqatala klubu evdə heç-heçəyə razılaşaraq 1/4 finala çıxıb - 0:0.
Yarımfinalda “Neftçi” “İnter”lə “Qarabağ” isə “Simurq”la münasibətlərini ayırd edəcək. Bu mərhələdə ilk oyunlar aprelin 13-də, cavab oyunları aprelin 21-də keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final
Cavab oyunları
13 mart
AZAL - Neftçi 0:1
Qol: Julius Vobay, 19.
Bakı - Qarabağ 1:4
Qollar: Mahir Mədətov, 8 - Vüqar Nadirov, 15; 59; 70. Cavid Tağıyev, 57.
Simurq - Qəbələ 0:0
Xəzər Lənkəran - İnter 0:3
Qollar: Asif Məmmədov, 24. Arif Daşdəmirov, 74. Əfran İsmayılov, 90.
Qaynar.info