Xəbər lenti

Azərbaycan Kubokunun final matçının hakimi müəyyənləşdi
İdman08:01 19.05.2022

Azərbaycan Kubokunun final matçının hakimi müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Kubokunda final görüşünün bütün təyinatları məlumdur.
Qaynarinfo xəbər verir ki, "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşma FİFA referisi Elçin Məsiyevə həvalə olunub. Ona yan xətt hakimləri Elşad Abdullayev, Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Ehtiyat köməkçi hakim isə Kamran Bayramov olacaq. 
Görüşün hakim-inspektoru Fritz Ştuxlik, AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.
Final matçı mayın 27-də, Qəbələ şəhər stadionunda, saat 19.00-da başlayacaq.
Səbuhi Həsənov