Xəbər lenti

Azərbaycan Kubokunun finalının yeri və saatı bəlli oldu
İdman18:55 03.01.2020

Azərbaycan Kubokunun finalının yeri və saatı bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İdman TV və Azərbaycan Radiosunda "Extra Time” verilişində İlkin Babanın qonağı PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov olub. 
Qaynarinfo xəbər verir ki, verilişdə PFL rəsmisi ölkə kubokunun finalının vaxtı və keçirilmə məkanı haqqında rəsmi məlumatı çatdırıb.
Elgiz Abbasov bildirib ki, ölkə kubokunun finalı mayın 16-da Bank Respublika Arenada keçiriləcək.
Kubokun finalının ənənəvi vaxtda, yəni 28 mayda keçirilməməsinə səbəb isə həmin ərəfədə Bakıda AVRO-2020 oyunları və Formula-1 yarışlarına hazırlıq işləridir. PFL daxili çempionat oyunlarını daha tez yekunlaşdırmaq barədə qərar qəbul edib.